Menarki 2021-ci ilin aprel ayından etibarən fəaliyyətə başlayıb. İlk mərhələdə sağlam, ekoloji və sərfəli menstrual vasitələrin satışı və tanıtımını həyata keçirsə də, sonrakı mərhələdə menstrual maarifləndirməyə daha çox yer ayırmışdır. Xüsusilə, yeniyetmə qızlar üçün maarifləndirici hədiyyə qutusunun tərtibatı və satışı bu sahə üzrə ölkəmizdə həyata keçirilən ilk işdir.
Menarki platformasının təsisçisi Səbinə Nəcəfovadır. 10 ildən çoxdur ki, tərcümə sahəsində fəaliyyət göstərir. Müxtəlif sahələrdə, xüsusilə tibb və ekologiya sahəsində olan təcrübəsi Menstruasiya və menstrual vasitələr üzrə fəaliyyətinə zəmin yaratmışdır. Menstruasiya sahəsinin daha dərinliklərinə yiyələnmək və beynəlxalq təcrübə əldə etmək üçün Avstraliyanın Cyclical School tərəfindən keçirilən Menstrual Kouç kursunun məzunudur Menarki layihəsi Fransa və Almaniya səfirlikləri tərəfindən keçirilən Gender Bərabərliyi 2023 Müsabiqəsinin qalibidir. Müsabiqədə Menarki layihəsi gender əsaslı steorotiplərdən olan Menstruasiya mövzusunu əhatə etmişdir və 5 finalist arasında 1-ci yerə layiq görülmüşdür.